AZ

Şəkidə 26 yaşlı gənc itkin düşüb - FOTO

Şəkidə 26 yaşlı gənc itkin düşüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, Şəkinin Baş Göyünk kənd sakini, 1999-cu il təvəllüdlü Nöbərov Valeh Mustafa oğlu dekabrın 23-də günorta saatlarından etibarən itkin düşüb.

Bu barədə APA-ya V. Nöbərovun yaxınları məlumat verib.

Bildirilib ki, Valeh Nöbərovu görən şəxslərdən 070 531 55 47 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, həmin şəxsin itkin düşməsi ilə bağlı ərazi üzrə polis orqanına məlumat daxil olub.

Hazırda onun tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

“Cebheinfo.az”

Seçilən
30
13
cebheinfo.az

10Mənbələr