"Liverpul" ötən gün İngiltərə Premyer Liqasında növbəti qələbəsini qazanıb.

Offsideplus.az xəbər verir ki, görüşdə komandasının ikinci qolunu vuran Florian Virts Premyer Liqada qol hesabını açıb.

O, görüşdən sonra bu barədə fikirlərini bildirib:

“Azarkeşlərin əhatəsində meydanda olmaq çox gözəl hiss idi. Çox xoşbəxt idim və indi də eləyəm.

Bir gün mütləq qol vuracağıma inanırdım. Daha tez qol vurmağa başlamaq istəyirdim. Amma bunu qəbul etməliyəm. Vaxtı gələcək. Mən də bu cür davam etməyə çalışıram".