AZ

"Milan" 19 yaşlı futbolçunu "Arsenal"a sata bilər - MƏBLƏĞ

London "Arsenal"ı "Milan"ın 19 yaşlı müdafiəçisi Davide Bartezaqini sıralarına cəlb etməkdə maraqlıdır.

Fanat.Az "Caughtoffside" pirtalına istinadən xəbər verir ki, "topçular"ın baş məşqçisi Mikel Arteta bu qış müdafiə xəttinin gücləndirilməsini istəyir və Bartezaqini transferini vacib sayır.

Mənbə "Milan" sözügedən futbolçunu təxminən 45 milyon avroya sata biləcəyini vurğulayıb.

Qeyd edək ki, Davide cari mövsüm bütün turnirlərdə 13 matça çıxaraq 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun İtaliya nəhəngi ilə müqaviləsinin müddəti 2030-cu ilin yayında başa çatacaq.

Nihat

Seçilən
6
1
fanat.az

2Mənbələr