AZ

Gəlin onu dinləyən qayınanasını belə İFŞA ETDİ VİDEO

ain.az, Milli.az portalına istinadən məlumat verir.

Sosial şəbəkələrdə yayılan maraqlı və bir qədər də gülməli video qısa zamanda geniş müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, görüntülərdə gəlin, onun telefonla danışdığını zənn edərək gizlicə qulaq asan qayınanasını videoya çəkərək ifşa edir.

Videoda görünür ki, gəlin telefonla danışdığı anda qayınana qapıya yaxın dayanaraq söhbəti dinləməyə çalışır. Lakin çəkildiyini fərq edən yaşlı qadın vəziyyətdən çıxmaq üçün pəncərələri sildiyini iddia edir və heç nə eşitmədiyini bildirir. Onun bu davranışı sosial şəbəkə istifadəçiləri arasında gülüş və təəccüb doğurub.

Paylaşılan görüntülər qısa müddətdə minlərlə baxış toplayıb. İstifadəçilərin bir qismi qayınananın hərəkətini zarafatla qarşılayaraq "klassik qayınana davranışı" kimi dəyərləndirib, digərləri isə şəxsi gizliliyin pozulmasına diqqət çəkib.

Video ailədaxili münasibətlər, gəlin-qayınana münasibətlərində sərhədlər və məxfilik mövzularında geniş müzakirələrə yol açıb. 

Musa

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
42
1
news.milli.az

10Mənbələr