"Betis"in kapitanı İsko dizindən əməliyyatı ediləcək.
QOL.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi ən azı bir ay meydana çıxmayacaq.
Qeyd edək ki, İsko noyabrın 27-də Avropa Liqasında "Utrext"lə matç zamanı komanda yoldaşı Sofyan Amrabat ilə toqquşma nəticəsində alıb. Bundan əvvəl də zədədən əziyyə çəkən futbolçu bu mövsüm cəmi 2 oyunda meydana çıxıb.