AZ

"Qarabağ"dakı yerlilərin Çempionlar Liqasında oynaması millimiz üçün də üstünlükdür" - Ayxan Abbasov

Nəriman Axundzadənin son dönəmlər azarkeşlər tərəfindən böyük təzyiqlərlə üzləşməsi milli komandamızın baş məşqçisi Ayxan Abbasovu da qayğılandıran məsələlərdən biridir. Nərimanın geriləməsi, xüsusən mərkəz hücumçusu sarıdan sıxıntıları olan yığmamıza da təsirsiz ötüşməyəcək. 

"Qarabağ"ın hücumçusunun ətrafında yaranmış vəziyyətlə bağlı milli komandamızın baş məşqçisi Ayxan Abbasovun da fikirlərini öyrəndik. Sportal.az saytına açıqlama verən Ayxan bəy durumu belə dəyərləndirdi:

"Hal-hazırda millimizin 4 hücumçusu var - Renat, Mahir, Nəriman və Musa. Onlardan Mahir və Nərimanı cinahlarda da istifadə edə bilirik. Amma indiki halda hərəsinin özünə görə sıxıntıları var. Mahir zədələdir. Renatın Polşa karyerası alınmadı. Musa da zədə səbəbindən xeyli buraxıb, yalnız son vaxtlar davamlı oynamağa başlayıb.

Nərimana gəlincə, xaricə getməli və ya getməməli məsələsi ilə bağlı bir şey deyə bilmərəm. Bu, klubun daxili işidir. İndi ona olan təzyiqlər çoxdur. Amma Nəriman psixoloji cəhətdən daha güclü olmağı öyrənməli və çətinlikləri aşmağı çalışmalıdır. 

"Qarabağ"dakı yerlilərin Çempionlar Liqasında oynaması millimiz üçün də üstünlükdür. Elə böyük turnirlərdə qazanılan təcrübə millimizin də xeyrinədir. Xüsusən böyük yığmalarla oyunlarda buna çox ehtiyac olur".

saytlarin hazirlanmasi

Seçilən
62
4
sportal.az

10Mənbələr