AZ

Paşinyanla bağlı heyrətləndirici məqam ortaya çıxdı: yeni detallar VİDEO

ain.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistan Baş naziri Nikol Paşinyanın ifa etdiyi zərb aləti ilə bağlı yeni detal ortaya çıxıb.

Turkustan.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorg Papoyan danışıb.

O, dekabrın 27-də baş nazirin ifa etdiyi təbilin hədiyyə olduğunu bildirib. Nazir ötən gün internetdə yayımlanan videoya istinad edib:

“Ehtimal edirəm ki, onu öyrənmək bir neçə ay çəkib. Nikol Paşinyan “Həqiqi Ermənistan” haqqında şeir yazmışdı və ideya yarandı ki, həmin şeiri mahnıya çevirsin. Nəticədə gözəl, dinamik bir mahnı alındı. Bilmirəm, video klip olacaq, ya yox, amma mahnı yaxşı idi, rəqs üçün əlverişli və ritmik idi”.

Qeyd edək ki, sözügedən video İrəvan yaxınlığında yerləşən restoranlardan birində hakim “Vətəndaş Müqaviləsi” Partiyasının keçirdiyi siyasi toplantıdan sonra lentə alınmışdı. Bu paylaşım sosial media platformalarında diqqət çəkmiş, əksəriyyəti təəccübləndirmişdi.

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
47
1
icma.az

2Mənbələr