Sosial şəbəkələrdə yayılan video qısa zamanda böyük marağa səbəb olub.
Milli.Az xəbər verir ki, görüntülərdə gənc qızın keçirdiyi plastik əməliyyatlardan sonra tamamilə fərqli bir görünüşə sahib olduğu əks olunub. Onun əvvəlki və sonrakı halı arasındakı kəskin dəyişiklik izləyənləri heyrətləndirib.
Videoya baxanların əksəriyyəti qızın tanınmaz dərəcədə dəyişdiyini qeyd edərək təəccüblərini gizlədə bilməyiblər.
Sözügedən dəyişiklik sosial platformalarda geniş müzakirələrə yol açıb. İstifadəçilər əməliyyatların uğurlu nəticə verdiyini qeyd ediblər. Video qısa müddətdə minlərlə baxış və şərh toplayıb.
Musa
Milli.Az