"Anam dedi ki, səndə həkim olmağa ağıl yoxdur"
Xalq artisti Faiq Ağayevin ən böyük arzusu həkim olmaq imiş. Amma anası onun bu arzusunun önünə sədd çəkib. Metbuat.az xəbər verir ki, sənətçi bu barədə "Zaurla Günaydın" verilişində danışıb. "Anam dedi ki, səndə həkim olmağa ağıl yoxdur. Sən incəsənəti seç. Halbuki orta məktəbdə çox yaxşı oxuyurdum. Müəllim yanına getməsəm də, qiymətlərim əla idi. Tibb universitetinə qəbul ola bilərdim. O vaxt tibb kursları vardı. Həmin kurslarin birində oxuyub diplom aldım. Diplomumu anama təhvil verib incəsənətin arxasınca getdim", - Xalq artisti belə deyib. Faiq Ağayev özünü "diplomsuz həkim adlandırıb: "Anam xəstələnəndə resepti mən yazıram. Mənim razılığın olmasa bir dərman da atmır".Zaur Əliyev