AZ

Braziliya klubu “Qarabağ”ın futbolçusundan imtina etdi 

“Qarabağ”ın yarımmüdafiəçisi Pedro Bikalyo Braziliyanın “Botafoqo” klubunun transfer siyahısından çıxarılıb.

İdmanxeber.az-ın məlumatına görə, ilkin olaraq prioritet hədəflərdən biri sayılan Bikalyo klubdaxili müzakirələrdən sonra qısa siyahıdan silinib.

Məlumata görə, “Botafoqo” eyni zamanda “Ferentsvaroş”un yarımmüdafiəçisi Julio Romao və Venesuela millisinin vingeri Qleyker Mendosanın transferindən də vaz keçib.

Qeyd edək ki, Pedro Bikalyo bu yay “Qarabağ”a transfer olunub.

Seçilən
22
idmanxeber.az

1Mənbələr