AZ

Premyer Liqanın iki klubu Qara Qarayevi istəyir

"Araz-Naxçıvan"dan ayrılan Qara Qarayevin karyerasını harada davam edəcəyi hələ ki dəqiqləşməyib.

Sportal.az saytına verilən məlumata görə, milli komandamızın sabiq üzvünün xidmətində bir neçə klub maraqlıdır. 

Onlardan biri “Sumqayıt”dır. “Gənclik şəhəri” təmsilçisi Qaraya təklif irəli sürüb. Onunla maraqlanan digər komanda isə “Qəbələ”dir.

Qarayevin qış fasiləsindən sonra hansı komandada oynayacağı yaxın günlərdə dəqiqləşəcək.

Təcrübəli futbolçu ötən ilin oktyabrından “qırmızı-ağlar”ın heyətində çıxış edirdi.

saytlarin hazirlanmasi

Seçilən
36
1
sportal.az

2Mənbələr