AZ

Məşqçisi Kənan Yıldızı yenə təriflədi - ''onu oğlum kimi sevirəm''

Luçano Spallettinin təyinatından sonra yüksəlişə keçən ''Yuventus'' İtaliya çempionatının 17-ci turunda səfərdə ''Piza''nı 2 cavabsız qolla məğlub etdi.

"Football-plus.az" xəbər verir ki, Turin nəhəngi bütün turnirləri nəzərə almaqla ardıcıl 4-cü, son 8 oyunda isə 7-ci qələbəsini qazandı. ''Yuve''nin türkiyəli ulduzu Kənan Yıldız bu qarşılaşmada komandasının 2-ci qolunu vuraraq yekun nəticəni müəyyənləşdirdi.

Tez-tez bu futbolçu ilə bağlı xoş sözlər söyləyən təcrübəli Spalletti bu dəfə də oyunsonrası mətbuat konfransında onun haqda xüsusi olaraq danışdı:
''Kənan Yıldızı oğlum kimi sevirəm. Hər an hər matçın gedişatını dəyişə biləcək səviyyədə futbolçudu. Xarakteri, meydandakı rolunu bilməsi və hərəkətləri xoşuma gəlir. Məni hər zaman diqqətlə dinləyir. Aramızdakı ünsiyyət çox yaxşı səviyyədədi''.
Qeyd edək ki, maaşının artırılmasını tələb edən 20 yaşlı vinger ilə rəhbərlik arasında uzun müddətdi bu mövzuda danışıqlar davam edir. Avropanın digər nəhəngləri də bu durumu diqqətlə təqib edir. Türkiyə yığmasının üzvü bu mövsüm 23 rəsmi oyunda aktivinə 7 qol, 6 məhsuldar ötürmə yazıb.
Seçilən
27
1
football-plus.az

2Mənbələr