AZ

Onu oğlum kimi sevirəm: Kənan haqda elə sözlər dedi ki…

Turin “Yuventus”unun baş məşqçisi Luçano Spalletti A Seriyasının 17-ci turunda “Pisa” üzərində 2:0 hesablı qələbə qazandıqları oyundan sonra Kənan Yıldız haqda danışıb.

Publika.az xəbər verir ki, “Sky Sport Italia” Spallettinin sözlərini sitat gətirib:

“O, bizim 10 nömrəli oyunçumuzdur, məsuliyyəti öz üzərinə götürməlidir. Mən Yıldızı oğlum kimi sevirəm, bilirəm ki, o, istənilən an oyunun gedişatını dəyişə bilər.

Heç kim mənim onun böyük məsuliyyətinə, şəxsiyyətinə və oynadığı vacib rolu anlamasına şübhə ilə yanaşa bilməyəcək”.

Seçilən
47
publika.az

1Mənbələr