AZ

"Liverpul" "Real"a rəsmi təklif göndərməyə hazırlaşır

"Liverpul" braziliyalı hücumçu Rodriqonun transferi üçün "Real Madrid"ə rəsmi təklif göndərməyi planlaşdırır.

Fanat.Az "Defensa Central"a istinadən xəbər verir ki, mersisaydlılar 24 yaşlı oyunçunun keçidini 50–60 milyon avroya reallaşdırmaq niyyətindədirlər.

Məhəmməd Salahın Premyer Liqa təmsilçisindəki gələcəyi qeyri-müəyyən okduğundan rəhbərlik indidən yeni futbolçu ilə danışıqlara başlamağı uyğun sayır.

Qeyd edək ki, bu mövsüm Rodriqo "Real"ın heyətində bütün turnirlərdə 21 matça çıxaraq 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Onun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Seçilən
18
1
fanat.az

2Mənbələr