AZ

Türkiyədə bir həftədə 354,5 kq narkotik maddə aşkarlanıb, 768 nəfər saxlanılıb

Türkiyədə 1 həftə ərzində keçirilən əməliyyatlar nəticəsində 354,5 kq narkotik maddə, 647 min 798 narkotik həb ələ keçirilib və 768 şübhəli saxlanılıb.

"Far.Az" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" hesabında bildirib.

Onun sözlərinə görə, əməliyyatlar Qazientep, Ankara, Konya, Mersin, Adana, İzmir, Samsun, Bursa, İstanbul, Kayseri, Antalya, Rize, Muğla, Tekirdağ, Çanakkale, Kocaeli, Şanlıurfa, Kahramanmaraş, Manisa, Van, Elazığ, Diyarbəkir, Sakarya, Kütahya, Osmaniye, Aydın, Denizli, Yalova, Amasya, Balıkəsir, Hatay, Ədirnə, Eskişehir, Isparta, Sivas, Mardin, Ağrı, Aksaray, Bitlis, Çorum, Kırklareli, Uşak, Ərzurum, Malatya, Trabzon, Bartın, Batman, Bolu, Karaman, Adıyaman, Bingöl, Ərzincan, Siirt, Ordu, Afyonkarahisar, Bayburt, Çankırı, Düzce, Karabük, Kırşehir, Muş, Nevşehir, Şırnak, Tokat ve Yozqatda keçirilib.

Əməliyyatlara 1 165 dəstə, 2 min 920 şəxsi heyət, 17 hava nəqliyyat sistemi və 43 it cəlb olunub.

Seçilən
88
1
far.az

2Mənbələr