Bakı. Trend:
Güclü külək Litvada 7 mindən çox istehlakçını elektrik enerjisizqoyub, hava şəraiti ilə əlaqədar Klaypeda Dövlət Dəniz Limanındagəmiçilik məhdudlaşdırılıb.
Trend-in məlumatına görə, bu barədə Litvanın "LRT" radiosunaHidrometeorologiya Mərkəzinin nümayəndəsi Yan Vaitkeviç deyib.
"Gecədən sonra 5,5 min istehlakçı hələ də işıqsız qalıb. Lakinsəhər saatlarında da külək sakitləşməyib, külək qasırğaya yaxınsürətlə əsməyə davam edib. Zərər çəkən istehlakçıların sayı 7,1minə çatıb", - deyə o bildirib.
Küləyin sürəti 31 m/s-yə çatıb. Qasırğa ölkənin qərb hissəsinəxüsusilə güclü təsir göstərib. Klaypeda Dəniz Limanı İdarəsigəmiçiliyi məhdudlaşdırmaq məcburiyyətində qalıb. Dalğanınhündürlüyü 5 metri keçib.