AZ

Rusiyada təxminən 80 min Hindistan vətəndaşı işləyir

Rusiyada təxminən 70-80 min hindistanlı işçi çalışır. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Hindistanın Rusiyadakı səfiri Vinay Kumar "RİA Novosti" agentliyinə verdiyi müsahibədə bildirib.

"Rusiya Prezidenti Vladimir Putin 4-5 dekabr tarixlərində Baş nazir Narendra Modinin dəvəti ilə Hindistana səfər edib. Danışıqların nəticəsi olaraq tərəflər əmək mobilliyi haqqında memorandum da daxil olmaqla 29 birgə sənəd imzalayıblar.

Rusiyanın təqdim etdiyi tələbləri nəzərə alaraq, hindistanlı işçilərin işini asanlaşdıran, rus istehsalçıları və şirkətləri tərəfindən hindistanlı işçilərin işə götürülməsini təmin edən hüquqi sənəd aldığımıza görə məmnunuq. Hesablamalarımıza görə, artıq Rusiyada təxminən 70-80 min Hindistan vətəndaşı işləyir. Hindistanlı tərəfdaşlarla əlaqələr quran bir sıra şirkətlər var", - səfir qeyd edib. 

Diplomat agentliyə deyib: "Bu ilin iyun ayında Rusiya şirkətləri ilə Hindistanın müvafiq qurumları, eləcə də regional hökumətlər arasında əlaqələr qurmaq üçün konfrans təşkil etdik. Onların effektiv əməkdaşlığının nəticəsi qısa müddətdə on minlərlə hindlinin işlə təmin olunması oldu. Onlar tikinti, mühəndislik, tekstil istehsalı sahələrində çalışırlar".

Səfir yekun olaraq bildirib ki, əmək mobilliyi haqqında memorandum tərəflərə sənaye və texnoloji əməkdaşlığın daha da inkişafı üçün ixtisaslı mütəxəssisləri və orta ixtisaslı işçiləri yönləndirməyə kömək edəcək.

Aynur Babazadə

Seçilən
70
1
bakivaxti.az

2Mənbələr