AZ

Ukrayna dronları Rusiyanın 51 xüsusi təyinatlısını məhv etdi - ANBAAN VİDEO

Ukrayna dronları 26 dekabr gecəsi Rusiya GRU-sunun 120-dən çox  xüsusi təyinatlısını məhv edib və ya yaralayıb.

Bizim.Media xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları bölməsinin komandiri, Robert Brovdi (çağırış adı — “Madyar”) bildirib.
 

Onun sözlərinə görə, işğal olunmuş Donetsk vilayətinin Berdyansk qəsəbəsində rus işğalçılarına məxsus komanda məntəqəsinə endirilən dron zərbəsi nəticəsində 51 işğalçı məhv edilib, 74 nəfər isə yaralanıb.


Bundan əlavə, bir sıra hərbçilər itkin düşmüş hesab olunur, lakin onların dəqiq sayı hələlik məlum deyil.


Bizim.Media

Seçilən
56
1
bizim.media

2Mənbələr