AZ

“Birləşdirən dəyərlər – Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib



“Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə Planet Şadlıq Sarayında “Birləşdirən dəyərlər – Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib.

Newscenter.az xəbər verir ki, Azərbaycan dövlətçiliyinin mənəvi, siyasi və ideoloji əsaslarını əks etdirən mühüm ictimai-siyasi hadisə olan bu tədbir Vətənimizin suverenliyi, ərazi bütövlüyü və milli təhlükəsizliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə həsr olunub.

Şəhid ailələrinə göstərilən ehtiram yalnız insani yanaşma deyil, eyni zamanda dövlətin və cəmiyyətin onlara qarşı tarixi məsuliyyətinin təzahürüdür.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılmış Şanlı Qələbənin əsasında şəhidlərimizin fədakarlığı və xalqımızın sarsılmaz iradəsi dayanır.
Bu tədbir bir daha sübut etdi ki, Azərbaycan dövləti şəhid ailələrini heç zaman tək buraxmır və bu məsələ dövlət siyasətinin əsas prioritetlərindən biridir.

Milli birlik, siyasi həmrəylik və ideoloji bütövlük tədbirin əsas mesajı kimi ön plana çıxdı.
Şəhidlərin müqəddəs irsi gələcək nəsillərə dövlətçilik şüurunun formalaşmasında strateji dəyər kimi ötürülməlidir.

“Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzi bir daha bəyan edir ki, milli maraqların müdafiəsi, dövlət suverenliyinin qorunması və ideoloji təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində fəaliyyəti davam etdirir.

Bu cür tədbirlər cəmiyyətin siyasi şüurunun güclənməsinə, milli yaddaşın qorunmasına və dövlət–xalq birliyinin möhkəmlənməsinə xidmət edir.

Azərbaycan şəhidlərinin qanı ilə yazılmış tarix əbədi yaşayacaq və bu müqəddəs yaddaş heç zaman unudulmayacaq.

Süleyman
Seçilən
15
1
newscenter.az

2Mənbələr