İngiltərə Premyer Liqasının 18-ci turunda "Aston Villa" səfərdə "Çelsi" üzərində 2:1 hesablı qələbə qazanıb.
Fanat.Az xəbər verir ki, bu, Birmingem komandasının bütün turnirlərdə ardıcıl 11-ci zəfəri olub.
Sözügedən kollektiv İngiltərə çempionatında 8, Avropa Liqasında isə 3 oyunda rəqiblərinə yenilgi acısı daddırıb.
Hazırda 39 xalı olan "Aston Villa" İPL-in turnir cədvəlində 3-cü yerdə mövqe tutub.
Unai Emerinin çalışdırdığı komanda növbəti turda səfərdə çempionatın lideri "Arsenal"la üz-üzə gələcək.
Nihat