Dünyanın ən geniş istifadə olunan mesajlaşma tətbiqi "WhatsApp" gələn ilin yanvarın 1-dən etibarən bəzi köhnə cihazlarda dəstəyini dayandıracaq.Metbuat.az Webtekno-ya istinadən xəbər verir ki, "WhatsApp" artıq iOS 15.1 və aşağı versiyaları dəstəkləməyəcək. Bu səbəbdən, iOS 15.1-ə qədər yenilənə bilməyən cihazlarda — o cümlədən iPhone 6 kimi çox sayda köhnə modeldə tətbiq işləməyəcək.Bu qərar, WhatsApp-ın yeni xüsusiyyətlər və təhlükəsizlik standartlarını təmin etmək üçün daha yeni əməliyyat sistemlərinə ehtiyac duyması ilə əlaqədardır. Köhnə modellər bu tələbləri qarşılaya bilmədiyi üçün dəstək dayandırılır.