AZ

Netanyahunun təyyarəsi ABŞ-yə uçub - YENİLƏNİB

İsrailin Baş naziri Binyamin Netanyahu Ben Qurion hava limanından Floridaya uçub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Times of Israel" qəzeti məlumat yayıb.

Qeyd edilib ki, onun sabah ABŞ prezidenti Donald Trampla görüşməsi planlaşdırılır.

"Netanyahunun Palm Biçdəki Mar-a-Laqo malikanəsinə səfərinin Qəzza zolağının gələcəyinə və "Hizbullah və İranın yaratdığı təhdidlərə" həsr olunacağı gözlənilir", - məlumatda qeyd edilib.

Netanyahunun səfəri cümə axşamına qədər davam edəcək.

Zeynəb Rzayeva

***

10:39

İsrailin Baş naziri Binyamin Netanyahu bu gün ABŞ-yə səfər edəcək və sabah Florida ştatında ABŞ-nin prezidenti Donald Trump ilə görüşəcək. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Times of Israel məlumat yayıb.

    Netanyahu eyni gündə ABŞ-ın dövlət katibi Marco Rubio ilə də rəsmi görüş planlaşdırılıb.

    Seçilən
    58
    bakivaxti.az

    1Mənbələr