AZ

“Qarabağ”ın rəqibinə heyətini gücləndirməyi məsləhət görür

İngiltərə millisinin və “Liverpul”un sabiq müdafiəçisi Ceymi Karrager Mersisayd klubunun yanvar transfer pəncərəsində heyətini gücləndirməsinin vacib olduğunu bildirib.

Sportinfo.az “The Telegraph”-a istinadən xəbər verir ki, o, komandanın Premyer Liqada ilk 4 yer uğrunda mübarizəni davam etdirməsi üçün əlavə bir hücumçu və mərkəz müdafiəçisinə ehtiyac duyduğunu söyləyib:

“Liverpul” bir forvard və bir mərkəz müdafiəçisi transfer etməsə, komanda Premyer Liqanı ilk dördlükdə bitirməkdə çətinlik çəkəcək”.

“Liverpul” “Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Seçilən
31
sportinfo.az

1Mənbələr