AZ

Avtomobillərdə sensorlu ekranlarla bağlı Xəbərdarlıq

Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Vaşinqton Universiteti və Toyota Tədqiqat İnstitutu tərəfindən aparılan araşdırma avtomobillərdəki sensorlu ekranların sürücülərin diqqətini ciddi şəkildə yayındırdığını göstərib.

“Qafqazinfo” xəbər verir ki, 12 düymlük sensor ekranla təchiz edilmiş simulyatorda aparılan testlərdə sürücülərin zolaqdan çıxma halları 42 faiz artıb.

Sensor ekranlardan istifadə zamanı sürət və dəqiqlik göstəriciləri 58 faiz azalıb, zehni yük artdıqda isə bu azalma daha da dərinləşib.

Araşdırma göstərib ki, sürücülər yüksək zehni yük altında ekrana daha az baxır, lakin baxmadan toxunmağa daha çox cəhd edirlər ki, bu da təsadüfi toxunuşların və diqqət yayınmasının artmasına səbəb olur.

Tədqiqatın müəllifləri vurğulayırlar ki, problemin həlli düymələrin böyüdülməsi deyil, çünki əsas vaxt itkisi vizual axtarışdan qaynaqlanır. Mütəxəssislər gələcək avtomobillərdə sürücünün diqqət səviyyəsinə uyğunlaşan daha ağıllı interfeyslərə ehtiyac olduğunu bildirirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
8
qafqazinfo.az

9Mənbələr