AZ

“Milan” "Verona"nı darmadağın etdi

İtaliya A Seriyasının 2025/2026 mövsümünün 17-ci turu çərçivəsində “Milan” və “Verona” komandaları üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, oyun Milan şəhərindəki “San-Siro (Cüzeppe Meatsa)” stadionunda keçirilib. Ev sahibləri 3:0 hesabı ilə qələbə qazanıblar.

45+1-ci dəqiqədə amerikalı futbolçu Kristian Pulişiç “Milan”ı önə çıxarıb. 48-ci dəqiqədə hücumçu Kristofor Nkunku özünün qazandırdığı penaltiyu reallaşdıraraq hesabı artırıb. 53-cü dəqiqədə Nkunku dublla fərqlənib. Bu qollar fransalı futbolçu üçün A Seriyasında ilk qollar hesab olunur.

Qeyd edək ki, “Milan” 16 oyundan sonra 35 xalla İtaliya çempionatının turnir cədvəlində liderdir. “Verona” isə 12 xalla 18-ci pillədə qərarlaşıb.

Seçilən
35
90deqiqe.az

1Mənbələr