Belarus prezidenti Aleksandr Lukaşenko hokkey matçı zamanı maraqlı hadisə ilə üzləşib və buz üzərində öz komandasının oyunçusu tərəfindən təsadüfən yıxılıb.
İdman.Biz xəbər verir ki, epizod zamanı oyunçulardan biri arxa-arxaya hərəkət edərkən Lukaşenkonu görməyib və onunla toqquşub. Nəticədə prezident buzun üzərinə yıxılıb.
Toqquşmaya səbəb olan oyunçu dərhal hokkey ağacını kənara ataraq Lukaşenkoya tərəf qaçıb, onu yerdən qaldırıb və təhlükəsiz şəkildə bortlara qədər ötürüb.
Hadisə arenada olan azarkeşlər və televiziya kameraları tərəfindən qeydə alınıb və görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb.