Başqırdıstan Respublikasının (Rusiya Federasiyası) Tatışlinski rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər ölüb.
Avtosfer.az-ın məlumatına görə, bu barədə regionun baş yol müfəttişi Vladimir Sevastyanov teleqram kanalında yazıb.
Qəza Burayevo-Starobaltaçevo-Kueda yolunun 88-ci kilometrliyində baş verib. "Lada Qranta" və "QAZel" toqquşub.
"Avtomobilin ("Lada Qranta") sürücüsü və üç sərnişini (üç kişi və bir qadın) hadisə yerində ölüblər. "QAZel"in sürücüsü və sərnişini müxtəlif xəsarətlərlə xəstəxanaya aparılıb", - V.Sevastyanov yazıb.
Hadisə yerinə təcili xidmətlərin əməkdaşları cəlb olunub.
FOTO QALEREYA

