Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında keçirilə biləcək görüşdə təhlükəsizlik zəmanətləri ilə yanaşı, Ukraynanın iqtisadi dirçəlişi və ölkənin bərpası məsələləri də gündəmdə olacaq.
NOCOMMENT.az xəbər veri ki, bildirilir ki, Amerika tərəfi ilə danışıqlara hazırlaşan Ukrayna nümayəndə heyəti Kiyev üçün uzunmüddətli təhlükəsizlik təminatları ilə yanaşı, müharibədən sonrakı dövrdə iqtisadi inkişaf və yenidənqurma perspektivlərini müzakirə etməyi planlaşdırır.
Mənbənin sözlərinə görə, Zelenski və Trampın birgə mətbuat konfransı keçirməsi məsələsi də məsləhətləşilir. Qeyd olunur ki, bu konfransın məqsədi yeni qərarların elan edilməsi deyil, görüşün yekunları və əldə olunan razılaşmaların müzakirəsi ola bilər.