İngiltərənin “Çelsi” klubu “Nottingem Forest”in yarımmüdafiəçisi Ceyms Makeyti ilə maraqlanır.
İdman.Biz “Daily Mail”ə istinadla xəbər verir ki, 23 yaşlı futbolçuya “Lids” klubu da maraq göstərir.
“Çelsi”nin baş məşqçisi Enzo Mareska Makeytinin oyun keyfiyyətlərini yüksək qiymətləndirir və onunla “Mançester Siti”də birgə işlədiyi dövrdən yaxşı tanışdır. Bildirilir ki, yüksək potensiala baxmayaraq, futbolçuya hələ sabitlik çatmır.
Ceyms Makeyti “Mançester Siti” akademiyasının yetirməsidir və əsas komandada bütün turnirlər üzrə 34 matçda 7 qol vurub. O, yayda 30 milyon funtadək (65 milyon AZN) məbləğ qarşılığında “Nottingem Forest”ə keçib. Transfermarkt portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri 23 milyon avrodur (23 milyon AZN).