AZ

Səidə Bəkirqızından ŞOK AÇIQLAMA – Bu kanalın rəhbəriyəm

Səidə Bəkirqızının Space TV-dən ayrılması ilə bağlı xəbər vermişdik. Teleaparıcının bundan sonrakı fəaliyyəti maraq doğurub.

KONKRET.az xəbər verir ki, BiG.AZ-ın sorğusuna cavab olaraq Səidə Bəkirqızı bildirib ki, ona iki kanaldan təklif gəlsə də, heç bir televiziya və ya YouTube kanalında işləməyi düşünmür. O bildirib:
“Kanallar mənimlə reytinq qazanmaq istəyir. Elə bu reytinqi öz kanalıma verərəm. Niyə başqası üçün işləyim?”

Səidə Bəkirqızı bundan sonra Rəhbərliyini üstləndiyi və rəsmi ortağı olduğu “BAX DA” YouTube kanalında fəaliyyət göstərəcəyini bildirib. Onun sözlərinə görə, bu addımı çoxdan etməli idi. kanalın ilk verilişi 12 qat dünya çempionu Zülfiyyə Hüseynovaya həsr olunub və artıq geniş rezonans doğurub.

25 illik televiziya təcrübəsinə malik aparıcı vurğulayıb ki, bu kanalda öz sözündən dönməyib, həmmişəki kimi dövlət və dövlətçilinə sadiq qalaraq, öz mövqeyi və öz prinsipləri ilə yoluna davam edəcək.

Səidə Bəkirqızı bildirib ki, onu izləmək istəyənlər “BAX DA” YouTube kanalına abunə ola bilərlər.

Seçilən
61
2
konkret.az

3Mənbələr