AZ

Ronaldo villalarının sayını artırdı

Kriştiano Ronaldo villalarının sayını artırıb. “Əl-Nəssr”in hücumçusu ümumi dəyəri 8 milyon avro olan iki villa alıb.

"Football-plus.az" xəbər verir ki, bu mülklər Qırmızı dənizdəki Nucuma adasında yerləşir.

40 yaşlı portuqaliyalı futbolçu bununla bağlı fikirlərini də bölüşüb: “Ada hər tərəfdən həqiqətən inanılmazdı. Corcina və mən adaya ilk səfərimizdə onun heyrətamiz təbii gözəlliyinə dərin bir bağlılıq hiss etdik. Bu, sülh və əmin-amanlıq tapdığımız bir yerdi”.

Villalar Böyük Britaniyanın məşhur memarı Lord Norman Foster tərəfindən layihələndirilib. Ora yalnız qayıq və ya amfibiya təyyarələri ilə getmək mümkündü. Ziyarətçilər əvvəlcə Qırmızı Dəniz Beynəlxalq Hava Limanına eniş etməlidilər.

Qeyd edək ki, Ronaldo Səudiyyə Ərəbistanında 2023-cü ilin əvvəlindən çıxış edir. Onun “Əl-Nəssr”lə müqaviləsinin müddəti 2027-ci il iyunun sonunda başa çatacaq.

Seçilən
33
football-plus.az

1Mənbələr