Bakı, 28 dekabr, AZƏRTAC
İtaliya A Seriyasında XVII turun oyunları davam edir.
AZƏRTAC xəbər verir ki, “Milan” evdə “Verona”nı üç cavabsız qolla məğlub edib.
“Napoli” isə səfərdə “Kremonese”dən üstün olub - 2:0.
Turnir cədvəlinə 35 xalla “Milan” başçılıq edir. Rəqibindən 1 xal geri qalan “Neapol” klubu ikinci pillədə qərarlaşıb.