AZ

Teryoxin Ülvi Babayevin “Spartak”a keçidi barədə danışıb

Moskva “Dinamo”sunun sabiq futbolçusu Oleq Teryoxin klubun vingeri Ülvi Babayevin “Spartak”a mümkün keçidi ilə bağlı danışıb.

İdman.Biz xəbər verir ki, Teryoxin “Çempionat”a açıqlamasında Babayevin motivasiyasını və bu transferin risklərini şərh edib.

Teryoxin qeyd edib ki, Babayev “Dinamo”da rahat mühitdə formalaşıb:

“O, uşaqlıqdan buradadır, akademiyadan olan komanda yoldaşları - Qladışev və Tyukavin - ilə meydanda yaxşı anlaşması var. Üstəlik Okişor da gəlir”.

Sabiq futbolçu “Spartak”ın hücum xəttinə də toxunub:

“Ora baxaq, sıfır qolla Anton Zabolotnı, vəssalam. Bahalı legionerlərlə rəqabət aparmaq gənc futbolçu üçün son dərəcə çətin olacaq. Üstəlik, gənclərin eniş dövrləri də olur”.

Sabiq futbolçunun fikrincə, Babayev karyerasını necə və harada davam etdirəcəyini ciddi düşünməlidir. O vurğulayıb ki, emosional qərarlar uzunmüddətli inkişaf baxımından həmişə düzgün olmur.

İdman.Biz
Seçilən
49
1
idman.biz

2Mənbələr