ain.az, Gununsesi portalına istinadən məlumat yayır.
Pantomima teatrı öz fərqli janrı ilə digər teatrlardan fərqlənir.
Bu teatrda aktyor heyəti tamaşaçını sözlə yox, hərəkətlə başa salıb, inandırmağa çalışır. Bunun üçün isə böyük aktyor oyunu, istedad tələb olunur.
İlk dəfə Azərbaycanda Pantomima teatrı 1994-cu il mayın 16-da Bəxtiyar Xanızadənin təşəbbüsü ilə yaradılıb.
İlk Pantomima tamaşası isə rejissor Bəxtiyar Xanızadənin aktyor Hacıbaba Məmmədovla birlikdə hazırladığı Samuel Bekketin “Bir aktyor üçün mim” əsərinin “Ümid” adı ilə səhnə işi olub. Bu tamaşa böyük uğur qazanaraq, festivallarda çıxış edib. Daha sonralar teatr “Nağaraçılar”, “Pantomima buketi”, “Muğam trio “, “Kimdir müqəssir”, və s. tamaşalarla izləyiciləri ilə görüşüb.
Bu ilin fevralında Azərbaycan Respublikasının Mədəniyyət naziri Adil Kərimlinin Azərbaycan Dövlət Pantomima teatrına Qurbanov Yarməmməd Rüstəm oğlunu yeni direktor təyin etməsi ilə bu sənət ocağında yaxşı mənada canlanma, irəliləyiş baş verib. Teatrın, mədəniyyətin təbliğinin doğru təqdim edilməsi sayəsində tamaşaların izləyicilər tərəfindən daha da böyük sevgi toplayaq, teatra axın etməsi, maraqla hər ayın repertuarını izləməsi qürurverici haldır.
Gununsesi.info xəbər verir ki, dekabrın 25-də Azərbaycan Dövlət Pantomima teatrı “İlin teatrı” mükafatına layiq görülüb.
Azərbaycan Respublikası Mədəniyyət naziri Adil Kərimlinin imzası ilə teatrın direktor müavini Elnur Abbasquliyev “İlin əməkdaşı” nominasiyası ilə təltif edilib. Teatırda daha bir əlamətdar hadisə isə dekabrın 28-də Heydər Əliyev Fondunun vitse-prezidenti, Azərbaycanın ictimai xadimi, “Baku” jurnalının baş redaktoru, İDEA İctimai Birliyinin təsisçisi, sədri Leyla Əliyeva və Alena Əliyevanın Pantomima teatrında Vilyam Şekspirin “Romeo və Cülyetta” tamaşasında iştirakları olub.
Səhnə əsərinin quruluş və musiqi tərtibatı Ceyhun Dadaşova məxsus olmaqla,
tamaşada obrazları Əməkdar artistlər Bəhruz Əhmədli, Səbinə Hacıyeva, aktyorlar Elnur İsmayılov, Əli Əlizadə, Nuridə Musabəyli və digərləri canlandırıblar.
Mədəniyyət naminə görülən bütün uğurlu işlərin kökündə mədəni niyyət, zəhmət və məsuliyyət durur. Azərbaycan Dövlət Pantomima teatrının rəhbərliyinə, başda Bəxtiyar Xanızadə, Yarməmməd Qurbanova və bütün kollektivə, yaradıcı heyətə bu məsuliyyətli işlərində yeni – yeni uğurlar arzulayırıq.
Məmmədova İlhamə
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.