"Macarıstan gündə 1 milyon avro cərimə ödəməsinə baxmayaraq, 2026-cı ildə qüvvəyə minən Avropa İttifaqı Miqrasiya Paktının şərtlərinə əməl etməyəcək".
Paralel.az xəbər verir ki bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto məlumat verib.
O, hökumətin bir nəfər də olsun qanunsuz miqrantı ölkə ərazisinə buraxmayacağını vurğulayıb.
"Biz buna "yox" deyirik və əvvəlcədən bəyan edirik: Macarıstan miqrasiya paktında nəzərdə tutulan tədbirləri həyata keçirməyəcək. Biz miqrant istəmirik, paralel cəmiyyətlər istəmirik və Milad tətilini qorxu içində keçirmək istəmirik", - nazir "Facebook" səhifəsində yazıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta