AZ

Hoylund dubl etdi, "Napoli" qalib gəldi

style='margin-bottom:10px;'>

İtaliya A Seriyasının 17-ci turunda "Napoli" səfərdə "Kremoneze"nin qonağı olub.

QOL.az xəbər verir ki, qarşılaşma Neapol təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın qəhrəmanı Rasmus Hoylund olub. Hücumçu 13-cü dəqiqədə hesabı açıb, həmçinin ilk hissəyə əlavə olunmuş vaxtda isə növbəti dəfə fərqlənərək dubla imza atıb.

Bu qələbə sayəsində xallarını 34-ə yüksəldən "Napoli" turnir cədvəlində ikinci pillədə qərarlaşıb. 21 xalı olan "Kremoneze" isə 11-ci yerdədir.

Qeyd edək ki, növbəti turda, yanvarın 4-də "Napoli" səfərdə "Latsio" ilə, "Kremoneze" isə "Fiorentina" ilə üz-üzə gələcək.

Seçilən
71
1
teleqraf.com

2Mənbələr