AZ

Hakimi Mərakeş millisinin düşərgəsinə qatıldı

Mərakeş millisinin və PSJ-nin müdafiəçisi Əşrəf Hakimi zədədən tam sağalıb. Msport.az xəbər verir ki, o, Afrika Millətlər Liqasının qrup mərhələsinin növbəti oyununda meydana çıxa biləcək.

Mərakeş yığması növbəti görüşünü Zambiyaya qarşı keçirəcək.

Mərakeş komandasının baş məşqçisi Valid Reqraqi Paris klubuna futbolçunu milliyə buraxdıqları üçün təşəkkür edib.

Qeyd edək ki, Hakimi Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda “Bayern”lə oyunda zədələnmişdi.

Seçilən
50
msport.az

1Mənbələr