AZ

Pezeşkian İran hökumətini yıxıb sürüdü - parlament prezidentə qarşı hərəkətə keçdi…


İran prezidenti Məsud Pezeşkian ölkədəki iqtisadi çətinliklərə diqqət çəkərək, hakimiyyəti xalqın iqtisadi problemlərini həll etməməkdə günahlandırıb. İddialara görə, İran Parlamentində Pezeşkianı sorğulamaq üçün imza kampaniyası başlanıb.

İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Pezeşkian 2026-cı il büdcə layihəsinin müzakirəsi zamanı parlament üzvlərinə müraciət edib.

Neft və təbii qaz ehtiyatlarına malik olan İranda, gündəlik təxminən 8 milyon barel neft və neft məhsulları istehsal edilməsinə baxmayaraq, xalqın aclıqla üzləşməsinin qəbuledilməz olduğunu bildirən Pezeşkian hökuməti sərt tənqid edib: "Quran ayələrinin açıq mesajı budur: Xalqın problemlərini həll etməyən və məzlumlara laqeyd qalan hökumətlər sonda ilahi əzaba düçar olacaqlar".

Pezeşkian deyib ki, ölkə hakimiyyətinin əsas vəzifəsi xalqın iqtisadi problemlərini etmək olmalıdır: "Əgər mən xalqın, xüsusən də yoxsulların problemlərini həll edə bilməyəcəyəmsə, demək hakimiyyətdə qalmaq və ya prezident olmaq üçün heç bir motivasiyam yoxdur. Xalq iqtisadi çətinliklərlə mübarizə apararkən ölkə idarə oluna bilməz".

Pezeşkian bu ilki milli büdcənin quraqlıq və neft qiymətlərinin kəskin düşməsinin kölgəsində hazırlandığını bildirib: "Düşmənlərimiz sanksiyaları artırıb və iqtisadi cəhətdən bizə daha çox xərclər yükləməyə çalışıblar".

Bu arada, İran parlamentində bir qrup millət vəkili iqtisadi vəziyyətin pisləşməsi və artan inflyasiya səbəbindən prezident Pezeşkianı parlamentə çağırıb dindirmək üçün imzatoplama kampaniyasına başlayıb. Qumdan olan millət vəkili Mojtaba Zunnur ölkədəki iqtisadi böhranın dərinləşdiyini bildirib. Zunnur millət vəkillərinin hökumətin iqtisadi siyasətindən narazı olduqlarını və prezident Pezeşkianın xalqın problrmləri, inflyasiya ilə mübarizə planları və ümumi iqtisadi vəziyyətlə bağlı izahat verməsi üçün parlament qarşısına çıxmasını tələb etdiklərini bildirib.

TAHİR

Seçilən
11
baki-xeber.com

1Mənbələr