AZ

Rusiya SIM kart xidməti qaydalarını sərtləşdirildi

Rusiya Prezidenti Vladimir Putin abunəçi tərəfindən özünə məhdudiyyət (özünə qadağa) tətbiq edildikdən sonra rəsmiləşdirilmiş SIM-kartlara xidmət göstərilməsinə görə cərimələrin tətbiqini nəzərdə tutan qanunu imzalayıb.

Publika.az xəbər verir ki, sənəd normativ hüquqi aktların dərc edilməsi üzrə rəsmi internet portalında yerləşdirilib.

Qanuna əsasən, vəzifəli şəxslər üçün cərimə 30–50 min rubl, hüquqi şəxslər üçün isə 300–500 min rubl təşkil edəcək. Bu cərimələr rabitə operatorunun abunəçi barədə məlumatları təsdiqləmədən ona xidmət göstərdiyi, abunəçiyə icazə veriləndən artıq sayda SIM-kart verdiyi (Rusiya vətəndaşları üçün 20, əcnəbilər üçün 10 ədəd), həmçinin abunəçi SIM-kartların rəsmiləşdirilməsinə özünə qadağa qoyduğu halda tətbiq ediləcək.

Sənəddə, həmçinin rabitə operatorunun rabitə xidmətləri göstərilərkən öhdəliklərin icrasına nəzarət üzrə dövlət informasiya sisteminə məlumat təqdim etməməsi və ya yanlış məlumat ötürməsi halları üçün də analoji cərimələr nəzərdə tutulur.

Seçilən
49
publika.az

1Mənbələr