ain.az xəbər verir, Ayna saytına əsaslanaraq.
Almaniyanın ağır sənayesi ayda təxminən 10 min iş yerini itirir
Almaniyanın ağır sənaye işəgötürənlər birliyi olan “Gesamtmetall” 2026-cı ildə daha böyük ixtisarların olacağını gözləyir. AYNA.AZ xəbər verir ki, bu barədə “Tagesschau” xəbər portalı məlumat yayıb.
“Gesamtmetall”ın baş direktoru Oliver Sanderin sözlərinə görə, Almaniyanın ağır sənayesi ayda təxminən 10 min iş yerini itirir.
O, "Almaniyada vergilər, enerji xərcləri və əmək xərcləri o qədər yüksəkdir ki, bir çox şirkət üçün burada istehsal sadəcə gəlirli deyil" deyə bildirib.
Qeyd olunub ki, bu sektorda məşğulluq ardıcıl 21 aydır ki, azalır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.