AZ

Dmitrienko Rusiyada 2025 ci ilin ən çox qazanan sənətçisi olub...

ain.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müğənni Qriqori Leps və Nadejda Kadışevanı məğlub edib, amma çox az fərqlə...

...SİA xəbər verir ki, Readovka saytının məlumatına görə, 20 yaşlı müğənni Vanya Dmitrienko 2025-ci ildə Rusiyanın ən çox qazanan sənətçisi olub.

Müğənninin konsertləri əsl hitdir, tək bir çıxış üçün qonorar 28 milyon rubla çatıb.

Nəşrin hesablamalarına görə, Dmitrienko 33 konsertdən 924 milyon rubl qazanıb. Bir neçə hit xüsusilə uğurlu olub, o cümlədən gənc aktrisa Anna Peresild ilə duet...

... Qriqori Leps ən çox qazanan müğənnilər siyahısında ikinci yeri tutub: o, 79 konsert ifa edib, lakin Dmitrienkodan 15,5 milyon rubl az qazanıb.

Zoomer-in kumiri Nadejda Kadışeva bu il 36 çıxışdan 900 milyon rubl qazanaraq ilk üçlüyü tamamlayıb.

Müğənni Tatyana Bulanova 149 konsert ifa edərək 745 milyon rubl qazanıb. Sergey Lazarev isə 75 konsertdən 637,5 milyon rubl qazanaraq beşinci yerdə qərarlaşıb.

Nazlı Almuradova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
1
sia.az

2Mənbələr