AZ

Bəzi sakinlərlə razılığa gələ bilməyən MTK yaşayış ola-ola tikinti aparır – ŞİKAYƏTVİDEO

Gecə saatlarında ağır texnika ilə aparılan tikinti işləri... Tikinti zamanı digər yaşayış evləri ilə gözlənilməyən ara məsafəsi, səs-küy və binadan qopub düşən təhlükəli parçalar...

Xezerxeber.az xəbər verir ki, görüntülər "Pilot 16" MMC-yə məxsus "Eleven Park" yaşayış kompleksindəndir. Sakinlər iddia edirlər ki, bir neçə il əvvəl başlayan tikinti işləri onlar üçün təhlükəli vəziyyət yaradır. Onların iddialarına görə, digər yaşayış evlərində sakinlər olduğu halda təhlükəli şəkildə, tikinti normalarına əməl edilmədən işlər aparılır.   

Sakinlər bildirirlər ki, tikinti şirkəti ilə bir qisim sakinlər arasında kompensasiya məbləği razılaşdırılıb və köçürülüb. Lakin bəzi sakinlərlə heç bir müqavilə bağlanılmayıb. Razılaşma olmadığı halda tikinti şirkətinin sakinlərin təhlükəsizliyinə məhəl qoymadan hər gün işlər aparıldığı iddia olunur. Sakinlər onu da bildirirlər ki, aidiyyəti qurumlar tikintinin dayandırılmasına dair qərar versə də, şirkət icra etmir.

Məsələ ilə bağlı "Pilot-16" MMC-dən "Xəzər Xəbər"ə bildirildi ki, ərazidə yaşayan sakinlərin bəziləri evlərinin faktiki ölçüləri ilə razılaşmırlar və şirkətin düzgün ölçü aparmadığını bildirirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
33
1
xezerxeber.az

2Mənbələr