AZ

İki klubdan “YOX” cavabı alan: "Mənim də hardasa səhvlərim olub"

Mövsümün birinci yarısının sürpriz komandası “İmişli” oldusa, özünü yaxşı tərəfdən göstərən yerli oyunçularından biri də məhz bu komandanın üzvü Abbas Ağazadə oldu.

Əbəs deyil ki, 26 yaşlı oyunçu arxada qalan 18 matçın hamısında meydanda oldu.

Hətta aktivinə 1 qol, 1 məhsuldar ötürmə də yazdıra bilib.

Abbas “İmişli”yə qədər 3 klubda – “Turan Tovuz”, “Şamaxı” və “Sabah”da Premyer Liqa həyəcanı yaşayıb.

Amma heç birində bu qədər meydanda qalıb, üzdə olmayıb.

Maraqlıdır, digər elita klubları ilə “İmişli”nin fərqi nədədir?

Niyə yuxarıda adını çəkdiyim klublarda möhkəmlənə bilməyən orta sahə oyunçusu Jorje Kaşkilyanın əlinin altında özünü daha yaxşı tərəfdən göstərir?

Ağazadə Sportinfo.az-ın əməkdaşının sualına belə reaksiya verib:

“Futbolda eniş-yüksəliş olur. "Sabah"da başladığım kimi davam edə bilsəydim, bəlkə daha yaxşı ola bilərdim.

Amma dəqiq demək olmaz ki, daha yaxşı və ya pis olardım. Xeyirlisi demək bu imiş.

3 dəfə yüksəliş yaşamışam. "Sabah", "Şamaxı" və "Turan Tovuz"da. Lakin davamı gəlməyib.

İnşallah, "İmişli"də davamlı olar. Çalışdığım əsas məsələ budur.

Yəqin ki, mənim də hardasa səhvlərim olub, nəticədə belə durum yaşanıb. Çalışacam ki, bu dəfə oxşar hal yaşanmasın”.

XANOĞLAN

Seçilən
28
sportinfo.az

1Mənbələr