Bakı. Trend:
Şaxtalı hava şəraitinə baxmayaraq, Qusar rayonu ərazisində polisəməkdaşları gücləndirilmiş rejimdə xidmətini davam etdirir.
Trend xəbər verirki, bu barədə DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundanməlumat verilib.
Bildirilib ki, yollarda təhlükəsizlik təmin olunur, zərurətyarandıqda sürücülərə və piyadalara operativ kömək göstərilir.
Qeyd olunub ki, köməyə ehtiyacı olan hər kəs polis naryadlarınındaim diqqət mərkəzindədir.