AZ

ADU TGT könüllülərinə fəal iştiraklarına görə sertifikatlar təqdim edilib

Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Gənclər Təşkilatının (TGT) idarə heyətinin aktiv üzvlərinə Qərbi Azərbaycan İcmasında baş tutan tədbirdə III Beynəlxalq Konfransın yüksək səviyyədə təşkilində və keçirilməsində göstərdikləri fəal iştiraka görə sertifikatlar təqdim edilib.Qeyd edək ki, Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda keçirilmiş III Beynəlxalq Konfransın könüllüləri üçün mükafatlandırma mərasimi dekabrın 25-də baş tutub.Mərasimdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli İcmanın artıq ənənəyə çevrilmiş III Beynəlxalq Konfransında könüllülərin böyük və fəal heyətlə təmsil olunduğunu vurğulayıb. O bildirib ki, sözügedən konfrans Qərbi Azərbaycan həqiqətlərinin, xüsusilə də azərbaycanlıların mədəni irsinin sistemli şəkildə məhv edilməsi faktlarının beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.Ə.Ələkbərli qeyd edib ki, Qərbi Azərbaycan İcması bundan sonra da ölkənin müxtəlif bölgələrində, eləcə də xarici ölkələrdə oxşar məzmunlu beynəlxalq tədbirlərin keçirilməsini davam etdirəcək.

 

Seçilən
17
tehsil.biz

1Mənbələr