AZ

Yaponiya Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə qurulan qazanxana işləmirVİDEO

Bərdə şəhəri Heydər Əliyev prospekti 156 ünvanında yerləşən çox mənzilli binanın sakınləri evlərini odunla isidirlər. Aşağı mərtəbələrdə yandırılan sobanın tütüsü isə sakinlərə çətinlik yaradır.

Xezerxeber.az xəbər verir ki, istilik təminatını ödəmək məqsədilə Yaponiya səfirliyinin maliyyə dəstəyi əsasında binanın həyətində mərkəzi qazanxana sistemi inşa edilib. Binada olan evlərin hər birinə qızdırıcı radiatorlar çəkilib. Lakin, qazanxana işləmədiyindən sakinlər istilik tələbatını alternativ üsullarla təmin edir.

Məsələ ilə bağlı Bərdə şəhər icra nümayəndəliyindən bildirildi ki, sözü gedən bina müstəqillik dövrünə qədər Pambıq zavodunun balansında olub. Zavod özəlləşdirildikdən sonra, bina heç bir qurumun balansına verilməyib. Bu səbəbdən də binaya mavi yanacağın verilməsi üçün hazırda müəyyən sənədləşmələr aparılır. Sənədləşmə başa çatdıqdan sonra binanın mənzil kommunal istismarı sahəsinin balansına verilməsi nəzərdə tutulur. Yalnız bundan sonra rəsmi qaydada qazlaşma üçün müraciətin olunması təmin ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

 

Seçilən
13
xezerxeber.az

1Mənbələr