Bakı. Trend:
“Rafael Advanced Defense Systems” şirkəti özünün ilk “Iron Beam”lazer hava hücumundan müdafiə sistemlərini İsrail MüdafiəQüvvələrinə təhvil verib.
Trend xəbər verirki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.
“Bu, ilk dəfədir ki, yüksək güclü lazer ələ keçirmə sistemi taməməliyyat qabiliyyətinə çatdırılıb”, – nəşr İsrailin müdafiə naziriİsrael Katsın sözlərini sitat gətirib.
İsrail Müdafiə Nazirliyinin baş direktoru Əmir Baram bildiribki, bu addım inkişaf mərhələsindən seriyalı istehsala keçidigöstərir. Onun sözlərinə görə, “Iron Beam” sistemi ölkənin müdafiəpotensialını gücləndirəcək, müdafiə xərclərini azaldacaq texnolojiinqilabın yalnız başlanğıcıdır.