AZ

İsrail Müdafiə Nazirliyi ilk lazer sistemini ordunun istifadəsinə verdi

İsrail Müdafiə Nazirliyi orduya "Dəmir şüa" lazer silahını təhvil verib. Bu sistem "Rafael Advanced Defense Systems" tərəfindən istehsal olunub.


Manset.az bu barədə stmegi.com-a istinadən məlumat verir.

Genişmiqyaslı sınaqlar zamanı raketləri, minaatan mərmilərini və dronları uğurla məhv edən sistem Hərbi Hava Qüvvələri tərəfindən qəbul edilib və İsrailin çoxqatlı hava hücumundan müdafiə sisteminə inteqrasiya olunub.

Müdafiə naziri İsrael Katz lazer silahının "oyunun qaydalarını dəyişdirəcəyini" bildirib.

Seçilən
38
4
manset.az

6Mənbələr