AZ

“Yaxın Şərqin ən yaxşı futbolçusu” seçildi

ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Portuqaliya millisi və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldo Dubayda keçirilən “Globe Soccer Awards” mərasimində növbəti nüfuzlu mükafatına sahib çıxıb.

“Qafqazinfo” xəbər verir ki, o, 2025-ci ilin nəticələrinə görə “Yaxın Şərqin ən yaxşı futbolçusu” seçilib.

Belə ki, mükafat uğrunda mübarizədə 40 yaşlı portuqaliyalı ulduz Səudiyyə Ərəbistanı çempionatının digər məşhur simalarını – Kərim Benzemanı (“Əl-İttihad”), Salem Əl-Dovsarini (“Əl-Hilal”) və Riyad Mahrezi (“Əl-Əhli”) geridə qoymağı bacarıb.

Qeyd edək ki, karyerası ərzində rəsmi oyunlarda 956 qol vuran Ronaldo bu göstərici ilə dünya futbol tarixinin mütləq rekordçusudur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
2
qafqazinfo.az

10Mənbələr