AZ

6 ayda Rusiyaya gələn hindlilərin sayı açıqlandı Rəsmi

Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rusiyada təqribən 70-80 min hindistanlı işçi işləyir.

Axar.az xəbər verir ki bu sözləri Hindistanın Rusiyadakı səfiri Vinay Kumar “RİA Novosti”yə müsahibəsində deyib.

“Rusiyanın tələblərinə əsaslanaraq, hindli işçilərin işini və hindistanlı işçilərin Rusiya sənayeçiləri və şirkətləri tərəfindən işlə təmin olunmasını asanlaşdırmaq üçün hüquqi sənəd əldə etməkdən məmnunuq. Hesablamalarımıza görə, artıq Rusiyada təxminən 70-80 min Hindistan vətəndaşı işləyir.

Bu ilin iyun ayında biz Rusiya işəgötürmə şirkətləri ilə Hindistanın müvafiq agentlikləri, eləcə də regional hökumətlər arasında əlaqə yaratmaq üçün konfrans təşkil etdik. Onların səmərəli əməkdaşlığı qısa müddət ərzində on minlərlə hindlinin işə götürülməsi ilə nəticələndi. Onlar tikinti, mühəndislik və tekstil sənayesində çalışırlar”, - diplomat agentliyə bildirib.

Qeyd edək ki, hindli oğlanların rus qadınlarla ailə həyatı qurması ilə bağlı faktlar son vaxtlar çoxalıb və bu, rusları narahat etməyə başlayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
43
4
axar.az

5Mənbələr